MasterPozzolith – orta kateqoriyalı su azaldıcı beton qatqı maddələri

MasterPozzolith necə təsir göstərir?

Tanınan MasterPozzolith məhsul qrupu, betonun iş qabiliyyətini artıran su azaldıcı qatqı maddələrindən ibarətdir. Bu məhsullar müəyyən kimyəvi tərkib və dozadan asılı olaraq suyu azalda bilir və çökmə xüsusiyyətlərini arzu olunan səviyyəyə gətirilməsində effektiv rol oynayır. Əldə olunan nəticə, standart tətbiq işləri üçün mükəmməl yekun təbəqə xüsusiyyətlərinə malik betondur.

MasterPozzolith məhsullarını müştərilər üçün spesifik bir həllə çevirən meyar nədir?

Su azaldıcı bu qatqı maddələri, su əlavə etmədən və ya betonun iş qabiliyyətini azaltmadan çökməni və yerləşmə qabiliyyətini artırır, çökmə qorunmaqla müqavimət səviyyəsi yüksəldilir. Əldə olunan nəticə, podratçılar üçün daha asan yerləşmə qabiliyyətinə malik beton və ya yüksək müqavimət tələb edən işlərdə artan iş qabiliyyətidir.

Düzgün qatqı ortağına malik olmaq uğur üçün çox vacibdir.

MasterPozzolith məhsulları

MasterPozzolith® MR 26S - Suazaldıcı/modifikasiya olunmuş sulfonat liqnin əsaslı, bərkimə müddətini ləngitmə effektə malik, orta dərəcədə plastifikləşdirici beton əlavəsi
MasterPozzolith® MR 26K - Suazaldıcı/modifikasiya olunmuş sulfonat liqnin əsaslı, orta dərəcədə plastifikləşdirici beton əlavəsi
MasterPozzolith® 3310 - Əhəmiyyətli dərəcədə suazaldıcı / plastifikləşdirici beton əlavəsi  

Könül Tiz

Marketing xidmətləri
Mob.: 050 224 80 59