Su izolyasiya və germetizasiya

MasterSeal® – universal su izolyasiya həlləri

BASF konserninin Master Builders Solutions brendi altında təqdim etdiyi MasterSeal həlləri beton konstruksiyaları ətraf mühitdəki suyun, nəmişliyin və çirkləndirici maddələrin arzuolunmaz sızmasından qoruyan yüksək effektiv su izolyasiya və germetizasiya məhsullarıdır.

BASF-ın su izolyasiya üzrə ekspertləri dünyanın bütün regionlarında investorlara, layihə sifarişçilərinə və planlaşdırıcılarına, örtük çəkmə üzrə mütəxəssislərə təmir, su izolyasiya və betonun germetizasiyası üçün məhsulların unikal birləşməsini ən qənaətli, etibarlı və uzunömürlü həll kimi təklif edir.

Biz əllə və ya tozlama üsulu ilə çəkilən, istənilən növ beton konstruksiyaların bərpası və müdafiəsi üçün nəzərdə tutulmuş innovativ və tez bərkiyən su izolyasiya tərkibləri tədarük edirik.

BASF germetikləri dayanıqlı yapışma yaradır. Bu, bir neçə səth arasındakı hərəkətə mane olmur, lakin konstruksiyanın daxilinə su, nəmişlik və ya çirkləndirici maddələrin sızmasının qarşısını alır. Nəticədə su və kimyəvi maddələrin dağıdıcı təsirlərindən müdafiə yaranır, konstruksiya hətta yüksək nəmişlik və hərəkət intensivliyi olan mühitlərdə belə bütövlüyünü saxlayır.

MasterSeal® su izolyasiya və mastikalar məhsul qrupu:

• Sintetik membranlar
• Sement/akril əsaslı
• Bitum əsaslı su izolyasiya materialları
• Poliuretan əsaslı
• Poliurea əsaslı  
• Epoksid əsaslı
• Hibrid polimer əsaslı
• Polisulfid əsaslı
• Bitum - poliuretan əsaslı
• Su izolyasiya aksesuarları

MasterSeal® tətbiq sahələri:

• Özül və arakəsmələr
• Nəm sahələr
• Eyvanlar
• Dam və yaşıllıqlı damlar
• Avtomobil dayanacaqları
• Təyyarə anqarları və hava limanları
• Terrasların su izolyasiyası
• Tunellər
• Hovuzlar və süni göllər
• Körpülər
• Sənaye müəssisələri və sənaye qurğuları
• Su anbarları
• Tikişlərin izolyasiyası.

MasterSeal məhsulları

MasterSeal® 501 - mineral kristallik, kapilyar effektli, sement əsaslı su izolyasiya materialı
MasterSeal® 525 - ikikomponentli, UB şüalara qarşı dayanıqlı, sement və akril əsaslı elastik su izolyasiya materialı
MasterSeal® 563 - sulfata davamlı sement əsaslı, bir komponentli polimer möhkəmləndiricili, məişət tullantıları suyu olan tikintilərdə istifadə olunan su izolyasiya materialı
MasterSeal® 582 - müsbət və mənfi təzyiqli su izоlyаsiyаsı üçün sеmеnt-аkril əsаslı ikikоmpоnеntli su izоlyаsiyа mаtеriаlı
MasterSeal® 589 - müsbət və mənfi təzyiqli su izоlyаsiyаsı üçün sеmеnt аkril əsаslı, iki kоmpоnеntli, elastik su izоlyаsiyа mаtеriаlı

Könül Tiz

Marketing xidmətləri
Mob.: 050 224 80 59  

Finder Webpart

Find fast access to any Master Builders Solutions product.